"Sevil massivi"ndən ev alanların pulları bata bilər"
"Sevil massivi"ndən ev alanların pulları bata bilər".
"Xeberinfo.com": Məlumata görə, bunu AzVision.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov "Sevil" massivində yaranmış vəziyyəti şərh edərkən deyib.
O, vurğulayıb ki, burada 3 mindən çox vətəndaşın hüquqları pozulub: "Onların ödənişlərinin yumşaq desək batmaq riski var. Nəzərə alsaq ki, "Sevil" massivində yoxlamalar zamanı bəlli olub ki, əslində orada vətəndaşların aldadılması faktı var. Bəzi hallarda alınmış torpaqların rəsmiləşdirilməsi belə həyata keçirilməyib. Vətəndaş ödəniş edir, ödəniş edilibsə, massiv rəhbərliyi vətəndaşların hüquqlarının qorunmasına nail olmalı idi".
V.Bayramov təklif edir ki, "Sevil" massivinin səalahiyyətləri hər hansı şirkətə, və ya səhmdar cəmiyyətə təhvil verilsin: "Həmin şirkət, və ya səhmdar cəmiyyət də "Sevil" massivində hüququ pozulan vətəndaşların hüquqlarını bərpa etsin. Hələlik yoxlamalar gedir, vətəndaşlardan izahatlar alınır. Amma bütün hallarda öhdəliklərin digər bir quruma transfer edilməyi vacibdir. Burada əsas məqsəd vətəndaşlara dəymiş ziyanın ödənilməsi və onlar qarşısındakı öhdəliyin həyata keçirilməsi olmalıdır".
Qeyd edək ki, "Sevil Massivi" nin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.