Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Sevil" MTK-nın rəhbəri həbs olundu

 

   Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Sevil” MMC-nin rəhbəri Aynur Zeynalovun barəsində həbs-qətimkan tədbiri seçib. El arasında Hacı Aynur kimi tanınan bu şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunur. 

"Xeberinfo.com" musavat.com-a istinadla xəbər verir ki, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən A.Zeynalov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Redaksiyaya daxil olan məlumatda bildirilir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “Sevil Massivi” MTK-da qəfil yoxlamalara Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından verilən tapşırıqla başlanıb. 

Bu tapşırığın mübhəm səbəbi olub. Belə ki, dövlət orqanlarına “Sevil”in inşa etdirdiyi “Sevil Massivi Yaşayış Kompleksi”ndə vəhhabi təriqətindən olan şəxslərin toplaşması haqda məlumatlar daxil olub. Araşdırmalar zamanı bəlli olub ki, massivdə vəhhabilər nəinki çoxluq təşkil edir, hətta Aynur Zeynalov da bu təriqətin ardıcılıdır və ən əsası ərazidəki çoxmərtəbəli binaların olduğu ərazidə gizlin şəkildə vəhhabi məscidi inşa olunmağa başlayıb! Bu məsələ aydınlaşandan sonra “Sevil” MTK-da yoxlamalara “yaşıl işıq” yandırılıb. İlkin olaraq MTK-ya vergi yoxlaması göndərilib. Yoxlama zamanı bir çox yeyinti hallarının olması, bir torpağın bir neçə nəfərə satılması faktları ortaya çıxıb. Bu məlumatlar araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Və əməliyyat planı hazırlanaraq MTK-da qəfil yoxlamalar başlanıb. 

Qaynağımız deyib ki, həmin vaxt Türkiyədə istirahətdə olan “Sevil” MTK-nın rəhbəri Aynur Zeynalov Bakıya çağırılıb və hava limanında saxlanılaraq nəzarət altında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb, orada ona ittiham elan olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin gün saxlanılan digər şəxs Hökməli bələdiyyəsinin sədri Mirnemət Mirəziz oğlu Miradıyev olub. Bir qədər əvvəl “Tərəqqi” medalı ilə təltif olunmuş M.Miradıyev Vergilər Nazirliyinə çağırılıb. Heç nədən xəbəri olmayan bələdiyyə sədri Vergilər Nazirliyində sorğu-sual olunaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. M.Miradıyevin bu məsələyə aidiyyəti isə “Sevil” MTK-ya Hökməli bələdiyyəsinin balansında olan hektarlarla torpaq sahəsini ayırması olub. Bundan başqa, M.Miradıyev ərazidə qanunsuz tikintilərin aparılmasını, xüsusən vəhhabi məscidinin tikilməsini himayə etməkdə suçlandırılıb. M.Miradıyev istintaqda dindirildiyi zaman Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət orqanlarına bələdiyyə sədrinin azad edilməsi üçün müraciətlər edib. Son nəticədə siyasi rəhbərliyi inandıra bilib ki, M.Miradıyevin vəhhabi təriqətinə aidiyyəti yoxdur, onun bu işə qol qoyması sadəcə tamahından irəli gəlib. Bundan sonra sinəsi “Tərəqqi” medallı bələdiyyə sədrini azad ediblər. 

Aldığımız digər bir məlumata görə, “Sevil” MTK-nın saxlanılan mühasibləri, menecerləri, iş icraçılarına da ittiham elan ediləcəyi gözlənilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam