Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Keçmiş müdafiə naziri Rəhim Qazıyev saxlanılıb- Foto

 

Azərbaycanın keçmiş mudafiyə naziri Rəhim Qaziyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metro stansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb

 

Yenixeber.org: Bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev Amerikanın Səsinə bildirib.

“Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. İndi 17-ci Polis Bölməsinin qarşısındayam. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət bildilər”, o qeyd edib.

Rahab Qazıyev qardaşı Rəhim Qazıyevin saxlanılmasının səbəbləri ilə bağlı məlumat verilmədiyini bildirib.

Bununla yanaşı, hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

 

 

Hüquq müdafiəşiləri 17-ci Polis Bölməsinin qarşısında gözləyir

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam