Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rəhim Qazıyevin ittihamlarına sərt cavab verildi

 

Arif Hacılı: “Rəhim Qazıyev və ona bənzər bəzi generallardan fərqli olaraq, biz ordu quruculuğu, mübarizə ilə məşğul olmuşuq”; Pənah Hüseyn: “Belə səviyyəsizfikirlərə cavab vermək istəmirəm”; Sülhəddin Əkbər: “Bəzi adamlara cavab verməmək, ən ağır cavabdır” 

 

"Xeberinfo.com": Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 25 il ötdü. Bununla bağlı siyasi partiyalar yubiley tədbirləri keçirdilər. Bu tədbirlər yubileydən daha çox, qalmaqala səbəb olan tədbirlər kimi yaddaşlarda qaldı. AXC hakimiyyəti dövründə müdafiə naziri postunu tutmuş Rəhim Qazıyevin teleqraf.com-a verdiyi müsahibə ciddi qalmaqal yaradıb. Sabiq müdafiə naziri yubiley tədbirlərinə AXC İdarə Heyətinin ilk üzvlərindən biri kimi dəvət olunmaması ilə bağlı verdiyi müsahibəsində AXC hakimiyyəti dövründə yüksək postlarda çalışmış şəxslərin ünvanına ağır ittihamlar səsləndirib. Onları agent olmaqda suçlayıb. 

O, bəzi insanları AXC-nin yaradıcısı saymadığını bildirib. AXC hakimiyyəti dövründə dövlət müşaviri postunu tutmuş Arif Hacılı Rəhim Qazıyevin fikirlərini əsassız sayır: “Mən 1989-cu ilin oktyabr ayından AXC Ali Məclisinin üzvü seçilmişəm. Həmin dövrdən etibarən Zaqatalada Xalq Cəbhəsinin rayon təşkilatının qurulmasında iştirak etmişəm. Təşkilatın qurucularından biri sayılıram. Bundan əlavə, 1989-cu ilin əvvəllərindən Dağlıq Qarabağın Füzuli, Qubadlı, Ağdərə, Ağdamın bəzi kəndlərində və başqa yerlərdə təşkil olunan müdafiə batalyonunun üzvü, bəzi zamanlarda isə komandiri olmuşam. Həmin dövrdən AXC hakimiyyətə gələnə qədər, hərəkatın qurulmasında, rayon şöbələrinin təşkil olunmasında, 1990-cı ildə Etibar Məmmədov, Rəhim Qazıyev kimi siyasi məhbusların azad olunması istiqamətində aktiv iştirak etmişəm. 1990-cı ilin sentyabr ayında AXC-nin namizədi kimi millət vəkili seçilmişəm. Bir il sonra rəyasət heyətinin üzvü seçilmişəm. Mən Rəhim Qazıyevdən əvvəl deputat seçilmişəm. 
 
Bu baxımdan onun mənim proseslərdə iştirak etməməyimlə bağlı fikirləri heç reallığı əks etdirmir.  1992-93-cü illərdə dövlət müşaviri olaraq, Ağdərə istiqamətində gedən döyüşlərə köməklik göstərmişəm. İsa Qəmbərlə birlikdə döyüşlər gedən bölgələrə səfər etmişəm. Belə faktları nə qədər istəsəniz, qeyd edə bilərəm. Bəzilərini sadaladım ki, Rəhim Qazıyevin fikirlərinin əsassız olduğunu hər kəs görsün.  Sadəcə, Rəhim Qazıyev və ona bənzər bəzi  generallardan fərqli olaraq, müdafiə işləri, ordu quruculuğu, mübarizə ilə məşğul olmuşuq. Reklam işləri ilə məşğul olmamışıq”.
 
R. Qazıyevin ən çox narazılıq doğuran fikirləri bunlardır: “Eşitmişəm ki, Pənah Hüseyn, Sülhəddin Əkbər II-III kursda oxuyan zamandan Dövlət Təhlükəsizlik Komitəsinin söz aparıb-gətirənləri olub. Nemət Pənahlı mənə dedi ki, Prezident Aparatında işləyəndə İsa Qəmbər bir aylıq həbs edilib Gəncəyə aparılmışdı. O zaman Primakov Heydər Əliyevə zəng edərək, İsa Qəmbərin azad olunmasını xahiş etdi. İndi mən haradan bilim ki, İsa Qəmbər Primakovun dostu, işçisi və ya agentidir. Bilmədiyim üçün də bir fikir söyləyə bilmirəm”.
AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər barəsində səsləndirilən ittihamlara qısa cavab verəcəyini qeyd etdi: “Mən Rəhim Qazıyevin söylədiyi fikirlərlə bağlı yalnız bunları deyə bilərəm. Bəzi adamlara cavab verməmək, ən ağır cavabdır”.
AXC hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn isə səviyyəsiz fikirlərə cavab vermək istəmədiyini söylədi.
Müsahibədə adları keçən digər şəxslərin də münasibətini öyrənməyə çalışsaq da, onlar cavab verməkdən imtina etdilər. Rəhim Qazıyevin fikirlərini ciddiyə almadıqlarını bildirdilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam