Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vəkil:Rövşən Əhmədovun növbəti əməli şoudan başqa bir şey deyil

 

Vəkil:

 

 

 

Rövşən Əhmədovun mətbuatda özünü zəhərləyərək intihar cəhd etməsi barədə xəbər yayması şou xarakteri daşıyır və məhkəmənin diqqətini başqa tərəfə yönəltmək cəhdindən başqa bir şey deyil

 

Yenixeber.org: Bu barədə Vəkillər Kollegiyasının üzvü, nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib.

Vəkil qeyd edib ki, R. Əhmədovun Ç. Baxşıyevin ailəsinə məxsus zinət əşyalarını mənimsəməsi məhkəmə tərəfindən tam ifşa olunub, həmin insan bunu gözəl başa düşür.

C.Yusifovun sözlırinə görə, R. Əhmədov məhkəmənin diqqətini yayındırmaq üçün guya 4 yuxu dərmanı içərək intihara cəhd etdiyi görüntüsü yaradır:

“R. Əhmədov belə şou yaratmaq əvəzinə, mənimsədiyi və Ç. Baxşıyevin ailəsinə məxsus əmlakı qaytarsa, bu, onun işinə daha müsbət təsir edərdi, nəinki belə şou yaratmaq.

Məhkəmədə ifşa olunan Rövşən Əhmədov öz cinayət əməlini tam dərk etdiyi üçün növbəti dəfə artistlik edərək, məhkəməyə və ictimaiyyətə təsir etmək istəyir. R. Əhmədovun bu əməli şoudan başqa bir şey deyil.

Ümumilikdə, R. Əhmədov dəfələrlə belə yollara baş vurub. O, xəstəliyini bəhanə gətirərək məhkəmələrdə iştirak etməyib”. 

Ceyhun Yusifov qeyd edib ki, hüquqa təsir xarakteri daşıyan istənilən əməl qanunaziddir, üstəlik, cinayət məsuliyyəti daşıyır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam