Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Leyla və Arif Yunusa qarşı irəli sürülən ittihamlar sübuta yetirilib"

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

"Xeberinfo.com":    Məlumata görə, məhkəmə iclasında Leyla və Arif Yunusun vəkilləri çıxış edərək onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirərək, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.

Sonra dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək ittihamların istintaq və məhkəmə prosesi zamanı sübuta yetirildiyini qeyd edərək, təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün heç bir əsas olmadığını söyləyib.

 

Daha sonra prosesdə təqsirləndirilən şəxslər Leyla və Arif Yunusa son söz verilib.

Təqsirləndirilən şəxslər çıxış edərək irəli sürülən ittihamlar üzrə özlərini təqsirkar bilmədiklərini deyiblər.

Prosesdə A.Yunusun səhhəti pisləşdiyinə görə, ona təcili tibbi yardım göstərilib.

Prosesdə fasilə elan edilib.

Hakimlər heyəti müşavirəyə getdiyini bildirib.

 

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

 

Trend


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam