Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Sumqayıt Baş Gömrük İdarəsinin fəaliyyətində nöqsanlar aşkarlandı

 

ab1034ba-bf65-4dc6-8359-0970f390a3dc_292Hesablama Palatası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində həyata keçirdiyi auditin nəticələrini açıqlayıb.

Yenixeber.org: Bununla bağlı məlumat “Hesablama Palatası haqqında” qanuna əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası əsasında açıqlanıb.

Məlumatda deyilir ki, audit nəticəsində Sumqayıt Baş Gömrük İdarəsində aparılmış auditlə proqnozların icrasında kəsirlərin yaranması, bəzi hallarda birbaşa dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin Dövlət Xəzinədarlığının müvafiq depozit hesabına ödənilərək həmin hesabdan gömrük orqanının ödəniş tapşırıqları ilə dövlət büdcəsinə müvafiq hesabat dövrləri ərzində tam köçürülməməsi, eləcə də idxal-ixrac əməliyyatları çərçivəsində müxtəlif parametrlər üzrə göstəricilərin fərqlənməsi şəraitində bəyannaməçilərin dövlət büdcəsinə istər artıq ödəmə, istərsə də borc məbləğlərinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində əks etdirilməsi üzə çıxıb.

Eyni zamanda məlum olub ki, idxal əməliyyatları üzrə gömrük prosedurlarının tətbiq olunmasında, gömrük dəyərinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində, eləcə də gömrük rəsmiləşdirilməsi zamanı müddətlərin gözlənilməsində müəyyən kənarlaşma hallarına yol verilib, idxal-ixrac əməliyyatları çərçivəsində həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə bəyannaməçilərdən tutulan gömrük yığımlarına qanunvericiliklə müəyyən edilmədiyi halda əlavə dəyər vergisi tətbiq edilib.

Hesablama Palatasının Kollegiyası nöqsan və çatışmazlıqların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə DGK-ya və Sumqayıt Baş Gömrük İdarəsinə qəbul etdiyi qərarın surətini göndərib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam