Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycanda bu yüksək vəzifə yerləri boş qalıb

Azərbaycanda bu yüksək vəzifə yerləri boş qalıb

 

 

Azərbaycanda bir neçə yüksək dövlət vəzifəsi xeyli vaxtdır təyinat gözləyir. Həmin vəzifələr aparılan struktur islahatları və digər səbəblərdən boşalıb

 

Yenixeber.org: Modern.az saytı boş qalan yüksək vəzifə yerlərini dəqiqləşdirməyə çalışıb.

Hazırda gözlər təhsil naziri postuna yönəlub. Eks-təhsil naziri Mikayıl Cabbarovun vergilər naziri postuna aparılmasından sonra Təhsil Nazirliyinə kimin rəhbər gətirilcəyi hamını maraqlandırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri  vəzifəsi də 1 ildir təyinat gözləyir. Komissiyanın sabiq sədri, mərhum akademik Arif  Mehdiyev 2016-cı il dekabrının 19-da  vəfat edib. 

Prezident Administrasiyasındakı bir neçə vəzifə hələ 6 ay öncə boşalıb. Dövlət başçısı İlham Əliyevin bu il iyunun 1-də struktur islahatları ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi – şöbə müdiri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tutduqları vəzifələrdən azad olundular. 

Struktur islahatları nəticəsində Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi də yaradıldı.

Hər üç şöbəyə müdir təyinatı hələ ki gerçəkləşməyib.
 
Azərbaycan prezidenti İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.

İbrahim Mehdiyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Ölkə başçısının 11 iyulda imzaladığı sərəncamla Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.  Bu vəzifəyə də heç bir təyinat olmayıb.

2018-ci ildə ölkəni bir sıra önəmli hadisələrin, o cümlədən növbəti prezident seçkilərinin gözlədiyini nəzərə alsaq, onda qeyd edə bilərik ki, tezliklə adları çəkilən yüksək dövlət vəzifələrinə məmur təyinatının olacağı istisna deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam