Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Təhsil naziri yenə BDU-dan gətirilə bilər-iddia

 

 

Nazir postu 2 aydır boşdur...

 

Yenixeber.org: Azərbaycanda 2 aydan çoxdur ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  Prezidentin digər sərəncamı ilə o, vergilər naziri təyin olunub.

Bu günlər ərzində mətbuatda müxtəlif şəxslərin təhsil naziri postuna namizəd olması ilə bağlı versiyalar irəli sürülüb. Versiyalara görə, nazir vəzifəsinə hazırkı müavin Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov iddialıdır. Bu şəxslərin təhsil sahəsindəki fəaliyyətləri nəzərə alınaraq, ən şanslı şəxslər kimi onların adları qeyd olunur. Ceyhun Bayramovun adı ona görə hallanır ki, daha öncə də nazir vəzifə başında olmadığı ərəfələrdə onu məhz C.Bayramov əvəz edib. Hazırkı məqamda da o müvəqqəti olaraq təhsil naziri vəzifəsini icra edir.

Hətta  mətbuatda yazılan məlumatlara görə, bu günlərdə Ceyhun Bayramov Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Nostrifikasiya şöbəsinin müdiri Emin Nəsirovu tutduğu vəzifədən azad edib.

Abel Məhərrəmov ile ilgili görsel sonucu

Həmçinin bu günlərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun da adı “versiya siyahısı”nda yer aldı. Mətbuatda xəbərlər yayıldı ki, Mikayıl Cabbarovun  vergilər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postuna BDU-nun rektoru Abel Məhərrəmov gətiriləcək. Hətta məlumatlarda qeyd olunurdu ki, Abel Məhərrəmov artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə edib. Bu həftədən etibarən təhvil-təslim işlərinə başlayıb. Lakin Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova yayılan məlumatları təkzib edib.

misir mərdanov ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov da nazir postuna gətirilməzdən öncə BDU-nun rektoru vəzifəsində çalışıb. 1998-ci ildə təhsil naziri təyin olunan M.Mərdanov  2013-cü ildə bu postla vidalaşıb.

Belə iddialar var ki, bu post uğrunda kəskin mübarizə yeni nazirin təyinatını gecikdirir. Başqa bir iddiaya görə isə ölkə başçısı bu posta yaxından tanıdığı, etibar etdiyi şəxsi gətirmək istəyir, buna görə də tələsmir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam