Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

25 qadın hərbi xidmətə götürülüb-Naxçıvanda

 

Naxçıvanda 25 qadın hərbi xidmətə götürülüb

Ötən il ehtiyata tərxis olunan hərbi vəzifəlilərdən yenidən hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 231 nəfər namizəd seçilərək göndərilib ki, bunlardan da 25 nəfəri qadın hərbi qulluqçulardır.

Yenixeber.org xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2017-ci ilin yekunlarına və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirədə deyilib.

Bildirilib ki, ötən il 8 nəfər ehtiyatda olan zabit ehtiyatdan çağırılaraq 1 il 6 ay müddətinə və 11 nəfər ehtiyatda olan gizir ehtiyatdan çağırılaraq 5 il müddətinə həqiqi hərbi xidmət keçmək üçün göndərilib, onlardan 5 nəfər zabit və 1 nəfər gizir hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam