Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı “Ekspo-2025”ə ev sahibliyi edə bilər– VİDEO

Bakı “Ekspo-2025”ə ev sahibliyi edə bilər

 

Bakı şəhəri “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün əsas namizədlərdən biridir

 

Yenixeber.org: Paytaxtın bu mötəbər tədbirə hazırlıqları ilə ətraflı tanış olan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes təəssüratlarını media mənsubları ilə bölüşüb.

Qonaq Azərbaycanın Ümumdünya “Ekspo-2025” Sərgisi üçün yeni və çox maraqlı bir məkan olduğunu bildirib. Onun fikrincə, bu mübarizəyə ilk dəfə qoşulan Azərbaycan özünəməxsus zəngin təbiəti, mədəniyyəti, qədim tarixi, Avropa ilə Asiyanın arasında, Böyük İpək yolunun üstündə yerləşməsi, dini tolerantlığı ilə “Ekspo” ailəsi üçün kifayət qədər cəlbedici ölkədir.

Dimitri Kerkentzes media nümayəndələri ilə görüşdən sonra “Ekspo-2025” Bakı kitabına ürək sözlərini yazıb. Qeyd edək ki, “Ekspo-2025” üçün seçilən ərazi yüksək nöqtədən Azərbaycanın Dövlət gerbi olan səkkizguşəli ulduz şəklində görünür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam