Yenixeber.org: Son vaxtlar ön xətdə döyüş növbətçiliyinin aparılması qaydalarının pozulmasına görə Ermənistan ordusunda cinayət məsuliyyətinə cəlb olunanların da sayı artmaqdadır.
Bu haqda Ermənistan mediası yazıb.
Bu günlərdə məlum olub ki, işğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşən düşmən ordusu bölmələrindən birinin zabiti Yervand Xaçatryan həbs edilib. Onun döyüş növbətçiliyinin aparılması qaydalarını pozduğuna görə saxlanıldığı və barəsində cinayət işi açıldığı bildirilir.(publika)