Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni İldə bulvarda konsert olmayacaq…

bulvar17_esasHəmrəylik günü və yeni il münasibətilə dekabrın 31-də hər il olduğu kimi konsert olmayacaq.

Xeberinfo.com:    Bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Bildirib ki, bu il şəhər sakinləri üçün dekabrın 31-də Milli Parkda yalnız atəşfəşanlıq olacaq: “Bulvar yeni ilə hazırdır. İki yerdə şam ağacı quraşdırılıb. Onun biri Kukla teatrının arxasında monitorun olduğu böyük meydançada, digəri isə Port Baku ilə üzbəüz bulvarın yeni hissəsində Ağ şəhərə çatmamış ərazidə quraşdırılıb.

Həmçinin Neftçilər prospekti boyu işıqlandırıcı qurğular asılıb. Gecələr onların çox gözəl işıqlanması var”.

Qurum rəsmisi qeyd edib ki, Bulvar İdarəsi dekabrın 30-da səhər saat 10:00-dan 14:00-a qədər 15 yaşına kimi olan uşaqlar üçün pulsuz aksiya keçirəcək: “Pulsuz aksiyaya attraksionlar, karusellər, qatarlar və dəniz gəzintisi daxildir. Gəmilərlə də uşaqlar pulsuz gəzə biləcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam