Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Binə”də ara qarışdı: Kəbirəni vurub yerə yıxdılar– Təcili

Kəbirə Məmmədova/ Foto: APA (arxiv)

Yenixeber.org:  “Binə” ticarət mərkəzində ara qarışıb. Bazarın sahibi Kəbirə Məmmədovanın vergi pulu tələb etməsi etirazla qarşılanıb.

Bu barədə criminal.az xəbər yayıb ki, K.Məmmədova obyektlərindən birinin qarşısındakı reklam lövhəsini təpiklə aşırıb.

Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar. Yaşlı bir qadın sahibkarın bel götürüb Kəbirəni vuraraq yıxdığı iddia olunur.

Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşdirilib. Hazırda aidiyyə üzrə araşdırma aparılır.

Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla “Binə” sahibinə ödəyirlər. Yada salaq ki, Vergilər Nazirliyinin “Binə” ticarət mərkəzi ilə olan problemi hələ də həll olunmayıb.

Satıcıların iddialarına görə, bazarın rəhbəri, sahibkar Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib.

Hətta bir müddət əvvəl keçmiş vergi naziri Fazil Məmmədovun Kəbirə Məmmədova haqqında vergi cinayətinin açılması ilə bağlı göstəriş verdiyi xəbəri yayılmışdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam