Anar Nağılbazdan video etirafı:Zombiləşmişdim
İntim videosu ilə medianın gündəminə çevrilən Anar Nağılbazyeni açıqlamalar verib
Yenixeber.org: Reper başına gələnlərlə bağlı sosial şəbəkədə ətraflı məlumat yayıb.
Reper şəkər xəstəliyinə tutulduğunu da deyib.
“Əsəbdən, stressdən 2 ilə yaxındır depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım son günlərdə bəlli olub, halbuki nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istədiklərini deyiblər”.
Reper bildirib ki, onu psixotrop maddələrlə zəhərləyib, zombiləşdiriblər.
“Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, avtomobil, şou-biznes sferasında yanımda görünmək və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar”.
Reper 6 ay içkiyə qurşandığını deyib: “Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə qurşandım. Amma yenə də taksi şoferi kimi arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki tanımasınlar”.
Anar Nağılbaz: “Yeni ildə ayrıldıq”
“Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq anasız qoymamaq qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır”.
Anar Nağılbaz sabiq həyat yoldaşı Anjelikanın ona xəyanət etməsini iddia edib.
“Olmadığım müddətdə uşağı dərsə aparıb-gətirmək adı ilə gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atagilə cürbəcür xarici bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi”.
Reperin ailə həyatı qurduqdan sonra maddi vəziyyəti pisləşib.
“Son aylarda yaşlı ata, anamın və mənim səhhətimdə pisləşmələr olduğundan atam xahiş etdi ki, qızım, iki ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy 2 ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin. Amma yenə də kirayə haqları verilib, oğlum və qızım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayda uşaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də 4 gün yanımda qalıblar, cox sevinirdilər, gəzintiyə aparmışam.”
Reperin sözlərinə görə, yoldaşı ikinci dəfə ailə qurduğunu eşidib, onu şantaj etməyə başlayıb.
“Evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib şantaja əl atdı və 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən evlənirəm və kliplər çəkirəmsə, pulum var. Bu videonu kimlərin necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli, başqa işlər də edə bilərlər”.