Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Daha bir kredit fırıldağı: məktəb direktoru saxlandı

 

Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytına Sabirabad rayonundakı mənbələrdən məlumat verilib.

Xəbərdə deyilir ki, D.Mustafayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb.

Rayon sakinlərinin bildirdiyinə görə, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürüb. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əmək haqqından tuturmuş. Hətta adına kredit götürülmüş Minarə adlı müəllimə əsəb sarsıntısından bir neçə gün əvvəl dünyasını dəyişib.

İddialara görə, müdhiş kredit qalmaqalında keçmiş məktəb direktoru ilə yanaşı başqa vəzifəli şəxslərin də adı keçir.

Mənbə onu da bildirib ki, Diləfruz Mustafayeva haqqında cinayət işi başlandığı üçün o, bir neçə gün əvvəl məktəb direktoru vəzifəsindən azad olunub.

Virtualaz.org saytı bu qalmaqallı işin təfərrüatlarını öyrənməyə çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam