Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Murad Ədilovu Kürdaxanıya göndərdilər

 

 

   "Xeberinfo.com": 11 avqustda Sabirabadda həbs olunaraq dünənə qədər “Bantotdel”də saxlanılan AXCP üzvü Murad Ədilov Kürdəxanı təxcridxanasına köçürülüb. Ədilovun vəkili Yalçın İmanov bu hadisədə, yəni Muradın indi Kürdəxanıya köçürülməsini qanun pozuntusu olduğunu iddia edir. O deyir: “Murad Ədilov haqqında həbs qətimkan tədbiri avqustun 13-də Nərimanov rayon Məhkəməsində seçilib. Həmin qərarda Murad Ədilovun saxlanma yeri kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq təcridxanası göstərilib. Bu qərar 13 avqustda günün birinci yarısında qəbul olunub. AR CPM 157.3 maddəsinin tələbinə əsasən, məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlanma yerində 24 saatdan artıq saxlana bilməz və bu müddət bitənə qədər istintaq təcridxanasına köçürülməlidir. Ancaq əldə etdiyimiz məlumata görə, Murad Ədilov avqustun 15-də səhər saatlarında Bakı istintaq təcridxanasa köçürülüb. Bu isə kobud qanun pozuntusudur. Bu bir daha Murad Ədilovun saxlanılarkən ona təzyiqlərin göstərilməsi ilə bağlı şübhələri gücləndirir”.

   Xatırladaq ki, Murad Ədilovun “bandotdel”də saxlanıldığı gün bəlli olandan vəkil Yalçın İmanovla müqavilə bağlansa da, ona Muradla görüşə icazə verilməyib. Muradın qardaşı Natiq Güləhmədoğlunun iddiasına görə, qardaşına saxlanılarkən və Sabirabad polis şöbəsindəykən ölümcül mənəvi və fiziki işgəncələrə məruz qoyulub. Eyni vəziyyətin “Bandotdel”də də yaşanması barədə o hələ məlumatsızdır. N.Güləhmədoğlu hesab edir ki,  qardaşının vəkillər təmasına imkan verilməməsinin özü də həm Murad da, həm onun ailəsinə işgəncədir.

 

 

   Yada salaq ki, bu günə qədər hələ də Muradın vəkili Yalçın İmanova onunla görüşməyə imkan yaradılmır. Murad Ədilovun müdafiə hüquqlarının pozulması və işgəncə faktı ilə bağlı şikayətlər də edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam