Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Həbs olunan əxlaqsız şagird nazirin nəvəsi çıxdı

 

 

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb

 

Yenixeber.org: Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq davam etdirilir.

Təhsil Kompleksinin direktoru Sara Xanlarova açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib:

“Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.

Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

***

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 11-ci sinif şagirdi Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb və barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam