Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident iki rayonla bağlı fərman verəcək


  

Yenixeber.org: Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov "Növbəti ildə daha 2 rayonda icbari tibbi sığorta layihəsi həyata keçirilə bilər” söyləyib.


Nazir bildirib ki, hazırda Mingəçevir və Yevlaxda tətbiq edilən icbari tibbi sığorta layihəsi öz müsbət nəticələrini verir. 
“Hazırda proqramın ilkin nəticələrinin təhlilinə ehtiyac var. Növbəti ildə daha 2 rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutulur”.


Qeyd edək ki, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dekabrında imzalanıb.


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, pilot layihənin növbəti iki rayonda tətbiqi də ölkə başçısı tərəfindən müəyyən olunacaq. Bu rayonların hansılar olacağı hələ bilinmir...(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam