Ermənistan ordusunun 3 hərbçisi Qarabağda ölüb.
Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 21-də axşam saatlarında erməni hərbçiləri Qarabağda minaya düşüb. Nəticədə Qeqam Koryun Zakaryan (22 yaş), Sarkis Qurqen Abrahamyan (19 yaş) və Sarkis Mher Melikyan (20 yaş) həlak olub. 
Narek Hayki Hoveyan isə ağır yaralanıb. Onun vəziyyəti ağırdır.