Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jurnalisti təhqir edən direktor cəzalandırıldı

Jurnalisti təhqir edən direktor cəzalandırıldı

 

Müxbiri təhqir edən Bakının 187 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nailə Adil qızına şiddətli töhmət verilib

 

Yenixeber.org: Bu barədə Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib. 

B.Məmmədov bildirib ki, N.Məmmədova "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub:

“Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyanı keyfiyyətsiz yerinə yetirdiyinə görə direktora Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

Qeyd edək ki, sözügedən orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş etmişdi.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrəndikdə Axar.az-ın əməkdaşını məktəb direktoru təhqir etmiş, səviyyəsiz sözlər demişdi.

Maraqlıdır ki, redaksiyaya ünvanlanan şikayət məktubunda da direktorun iş zamanı tərbiyəsiz sözlərdən, kobud ifadələrdən istifadə etdiyi və işçilərini vaxtaşırı aşağıladığı bildirilmişdi. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam