Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərəblərin Ağdam soğanına tələbatı artıb

Ərəblərin Ağdam soğanına tələbatı artıb

 

 

 

 

Ağdam rayonunda becərilən soğan xarici bazarlara çıxarılır

 

Yenixeber.org:  Bu barədə Ağdam rayonundan olan sahibkar Nadir Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bir neçə ildir ki, soğan təsərrüfatı ilə məşğuldur: "İl ərzində 20-25 hektar soğan əkirik. Hər hektardan 40-60 ton arası məhsul əldə edirik. Məhsul əsasən daxili bazara hesablansa da, bəzi sahibkarlar xarici bazara da üstünlük verir. Məsələn, xaricə məhsul daşıyan xüsusi sahibkarlar var ki, onlar hər il yerli sahibkarlardan məhsulu alıb xaricə aparır. Əsasən məhsul Rusiya, Gürcüstan və ərəb ölkələrinə aparılır. Ərəb ölkələrinə daha çox məhsul göndərilir".

Sahibkar bildirib ki, soğan təsərrüfatının becərilməsində əsasən rayon sakinlərinin əməyindən istifadə olunur: "Başqa rayonlardan da işçi qüvvəsi gətirilir. Bu proses yığım vaxtı olur. Amma məhsulun becərilməsi, qulluqda əsasən rayondakı briqadaların əməyindən istifadə edirik. Ən çox da Ağdamın işğal ərazisindən olan məcburi köçkünlərin əməyindən istifadə olunur".

Ağdam rayon İcra Hakimiyyətindən isə Trend-ə bildiriblər ki, il ərzində rayon üzrə 45-50 min ton soğan yığılır. Məhsul əsasən daxili bazar üçün nəzərdə tutulsa da, xarici bazara da çıxarılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam