Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mətbuat Şurası paytaxtda keçirilən mitinqdə monitorinq aparıb

 

Yenixeber.org: Azərbaycan Mətbuat Şurası özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 28-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.
“Report” xəbər verir ki, şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvləri aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə almayıblar.
Qrupun üzvlərinə bununla əlaqədar hansısa narazılıq ünvanlanmayıb. Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal, demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib. Bu vacib təhlükəsizlik tədbirinə etinasız yanaşılması təəssüf doğurur. Mətbuat Şurası bildirir ki, belə yanaşma jurnalistlərin hər hansı xoşagəlməz durumla, ekstremal vəziyyətlə üzləşəcəkləri təqdirdə onların hüquqlarının müdafiəsini tam mümkünsüz edir.
Şura bir daha kütləvi informasiya vasitələrinin əməkdaşlarına, ayrı-ayrı müstəqil jurnalistlərə müraciət edərək onları mitinqlər və digər bu sayaq kütləvi xarakter daşıyan aksiyalar zamanı üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmağa, bu vacib təhlükəsizlik tədbirinə mütləq qaydada əməl etməyə çağırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam