Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İŞİD dünya çempionatını hədəf aldı – FOTO

İŞİD dünya çempionatını hədəf aldı – FOTO

 

İŞİD terror təşkilatı gələn il Rusiyada keçiriləcək dünya çempionatını hədəfə alıb

 

Yenixeber.org: Terrorçular fotoşopla düzəldilən bir neçə rəsm vasitəsilə turniri açıq şəkildə təhdid ediblər.

Həmin arxivdəki şəkillərdən birində Argentina millisinin kapitanı Lionel Messi də var. “Barselona”nın hücumçusunun dəmir barmaqlıqlar ardından qanlı göz yaşı tökən yerdə təsvir edilən şəklinin yanında bu cümlə yazılıb: “Lüğətində uğursuzluq olmayan bir dövlətlə savaşırıq”.

Düzəldilən rəsmlərdən birində isə qarşılaşmaların keçiriləcəyi stadionlardan olan “Lujniki”yə doğru baxan bir silahlı militan saatlı bomba ilə yer alıb. Onun üzərində “Rusiyadakı bütün Allahsızlar... Sizə söz, mücahidlərin atəşi yanacaq. Sadəcə, gözləyin”, - yazılıb.

Daha bir rəsmdə dünya çempionatının loqosunun ətrafı qana bulanmış, partlamaq üzrə olan bir bomba çəkilib. Sol əlində avtomat tutan üzü maskalı bir nəfər isə sağ əli ilə terrorçunun xəbərdarlıq mesajını çatdıran işarəni göstərib.

Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam