Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

2018-ci ildə bu proses başa çatacaq- Politoloq

2018-ci ildə bu proses başa çatacaq

 

Rusiya XİN-in xüsusi məsələlər üzrə müşaviri İqor Bratçikov Xəzərin yekun statusu ilə bağlı razılaşmanın 2018-ci ildə əldə olunması üçün böyük şanslar olduğunu söyləyib. O, Xəzərin statasu ilə bağlı konvensiyanın əksər bəndlərinin razılaşdırıldığını və hər 5 ölkənin maraqları konvensiyada nəzərə alındığını bildirib

 

Yenixeber.org: Bu barədə danışan politoloq İlqar Vəlizadə bildirib ki, son illərdə bununla bağlı müəyyən qədər aktivləşmə müşahidə olunsa da, hələlik problemin həlli real görünmür:

“Xəzərin statusunun müəyyənləşdirilməsi prosesi çox uzanıb. Bunun da müəyyən səbəbləri var. Düşünmürəm ki, 2018-ci ildə bu proses başa çatacaq.

Demək olar ki, son 1-2 il ərzində proses bir qədər aktivləşib. Tərəflər çalışır ki, bu məsələdə razılığa gəlsinlər. Bratçikovun bu sözləri buna dəlalət edir ki, doğrudan da hansısa bir irəliləyiş var. Amma proses o qədər qapalı keçir ki, konkret hansı məsələlərdə irəliləyiş olduğunu söyləyə bilmərik. Güman etmək olar ki, Xəzərin statusunun yaxın gələcəkdə həll olunmasında müsbət irəliləyişlər var.

Ötən il də deyirdilər ki, Xəzərin statusunun müəyyənləşdirilməsi üçün toplantı keçirilsin və bununla bağlı qərar qəbul edilsin. Bu il bununla bağlı heç bir qərar qəbul olunmayıb və sammit keçirilməyib.

Hazırda belə təsəvvür yaranmır ki, Xəzərlə bağlı konkret nəticə var. Bu ancaq bir şəkildə ola bilər ki, ən azı İran öz mövqelərində kifayət qədər böyük dəyişiklik etsin. Əgər İran digər ölkələr kimi Xəzər dənizi bölgüsü prinsipində razılaşsa, onda məsələ həll olunacaq. Rusiya XİN rəsmisinin bu barədə məlumat yayması o deməkdir ki, İranın mövqeyində dəyişikliklər var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam