Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərbaycana Rusiya təcavüzü qaçılmazdır…”

 

    "xeberinfo.com": NATO-nun Bakı institutunun prezidenti Fərrux Məmmədov  Azərbaycanın NATO-ya inteqrasiyasının passiv həyata keçirildiyindən təəssüfləndiyini bildirib: “NATO üçün tərəfdaşlarının təhlükəsizliyi önəmlidir və bu yöndə istənilən addımı atmağa hər zaman hazırdır. Burada problem ondan ibarətdir ki, bu yalnızca NATO-nun istəyi ilə mümkün deyil. Müttəfiq olduğu ölkə və həmin ölkəni idarə edən hakimiyyətdən də çox şey asılıdır. Azərbaycanın NATO ilə əməkdaşlığının 20 ili tamam olur. Lakin bu 20 ildə konkret nəticələr hələ də əldə olunmayıb. 2004-cü ildə Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq proqramını qəbul etdi və biz bu prosesin sürətlənəcəyini düşündük. Lakin düşündüklərimizlə reallıq tam fərqli oldu. Biz bir şeyi yaxşı bilməliyik ki, NATO-ya inteqrasiya yalnızca hərbiyə olan inteqrasiya deyil. Bu prosesin əsas hissəsini həm də vətəndaş cəmiyyəti aparır. Ötən bu illər ərzində istər hərbidə, istərsə də vətəndaş cəmiyyətində bu işlər çox passiv olaraq həyata keçirildi”.
 
F.Məmmədov Azərbaycanı Rusiyanın təhdidləri qarşısında qoruya biləcək tək qüvvənin NATO olduğunu söyləyib: “Ərazisi Rusiya dəstəyi ilə işğal olunmuş Azərbaycanın NATO-ya və Avropaya inteqrasiya istiqamətində bu cür yol tutması da bir növ anlaşılan deyil. 2008-ci il avqust, 2014-cü il Krım hadisələri bir daha sübut etdi ki, yalnız çıxış yolu NATO-dur. Əlbəttdə ki,  BMT-də Ukrayna leyhinə səs vermiş Azərbaycan üçün Rusiya təhdidi daha da çoxalıb. Azərbaycan Ukrayna məsələsində başqa cür yol tuta bilməzdi. Çünki öz ərazisinin 20%-i işğal altındadır. Bu cür təzyiqlərin tezliklə daha da çoxalacağını bilirik. Əgər NATO-ya Azərbaycan hökuməti konkret olaraq hər hansı bir məsələdə açıq yardım istəyərsə, onda NATO təhlükəsizliyə tam qarant dura bilər!”
 
Qeyd edək ki, bəzi ekspertlər Azərbaycanın BMT-də Rusiya əleyhinə səs verməsindən sonra ona qarşı təzyiqlərin artacağını bildiriblər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam