Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Avtomobildə diqqəti yayındıracaq söhbətə görə cərimələnəcəksiniz

Avtomobildə diqqəti yayındıracaq söhbətə görə cərimələnəcəksiniz

 

Bakının Nizami rayonunda sürücülərdən biri avtomobildə söhbət etdiyi üçün polis inspektoru tərəfindən saxlanılıb

 

Yenixeber.org: Bu barədə BAKU.WS-ə müraciət edən sürücü Məhərrəm Quliyev bildirib. Onun sözlərinə görə, avtomobili idarə edərkən dostu ilə söhbət edirmiş.

Bu vaxt DYP əməkdaşı, polis inspektoru avtomobili saxlayıb və sürücüyə xəbərdarlıq edib ki, sükan arxasında olarkən sərnişinlə diqqəti yayındıra biləcək söhbətlər etməsin. Əks halda həmin sürücünü cərimə gözləyir.

Polis inspektorunun sürücünü söhbət edərkən saxlamaq, cərimə etmək hüququ varmı? Bu məsələ qanunda öz əksini tapıbmı?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsi qanunla qadağandır.

“Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini avtomobildən kənara atmaq, musiqiyə səs verib nəqliyyat vasitəsinin şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək”, - deyə Vaqif Əsədov qeyd edib.

DYP rəsmisi sürücüləri diqqəti yayındıran hərəkətlər etməməyə çağırıb. Çünki bu, qəzalara səbəb olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam