Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-a kiberhücumlara azərbaycanlı rəhbərlik edib?

ABŞ-a kiberhücumlara azərbaycanlı rəhbərlik edib?

 

Sankt-Peterburq şəhərində fəaliyyət göstərən və “trol fabriki” kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyi ötən il öz ştatının təxminən üçdə birini ABŞ-dakı prezident seçkiləri üçün ayırıb

 

Yenixeber.org: Bu barədə RBK-nın jurnalist təhqiqatında deyilir.

Bildirilir ki, ABŞ-da seçki kampaniyasının pik vaxtında – 2016-cı ilin yayında “trol fabriki”nin ABŞ bölməsində çalışanların sayı 80-90 nəfərə çatıb. Ümumilikdə qurumda 250-yə yaxın insan çalışır. ABŞ bölməsində maaşlar 80-120 min rubl olub.

Bölmənin rəhbəri kimi 27 yaşlı azərbaycanlı Ceyhun Aslanovun adı çəkilir. Lakin C. Aslanov “trol fabriki”nə bağlılığını təkzib edib.

Bu ilin avqust-sentyabrı aylarında sosial şəbəkələrin daxili araşdırmasından sonra “Facebook”, “Twitter” və “Instagram”da Rusiya “trol fabriki”nin 118 səhifəsi silinib. Bu səhifələrin 6 milyona yaxın izləyicisi var imiş. 2016-cı ildə isə paylaşımlar həftədə 30 milyon insanı əhatə edirmiş. Bundan başqa, “trol fabriki” ABŞ-da 40-a yaxın real mitinq və etiraz aksiyası təşkil edib.

Rusiyalıların əsas iş istiqaməti ABŞ-da irqi problemlərin qabardılması olub. Bundan başqa, trollar Texasın ayrılması, qeyri-leqal miqrasiya və silah gəzdirmə hüququ kimi ABŞ cəmiyyətində fikir ayrılığı yaradan mövzuları da qabardıblar.

ABŞ bölməsi əməkdaşlarının maaşlarına il ərzində 1 milyon dollar vəsait sərf olunub. Daha 200 min dollar sosial şəbəkələrdə kampaniya aparmaq və ABŞ-da aksiyaların təşkilinə xərclənib. Hazırda bölmədə 50-yə yaxın adamın çalışdığı bildirilir.

Qeyd edək ki, Rusiya "trol fabriki"nin ABŞ seçkilərində rolu barədə "CNN" də təhqiqat aparıb. Təhqiqata əsasən, Rusiya dövlətinə işləyən “trol fabriki” ABŞ-da irqlərarası münasibətləri qızışdırmaq üçün internetdə “Don’t Shoot” (“Bizə atəş açmayın”) adlı kampaniya təşkil edib. Bu məqsədlə “Facebook”, “Instagram”, “Twitter”, “YouTube” sosial şəbəkələri və “Pokemon Go” mobil oyunundan istifadə olunub. Təşkilatçılar (yəni rusiyalılar) kampaniyanın “Black Lives Matter” hərəkatı aktivistlərinin apardığı kampaniya kimi görünməsi üçün hər şeyi ediblər. Telekanal bildirir ki, kampaniyanın son məqsədi bəlli deyil. Mümkündür ki, Rusiya tərəfi həm afroamerikalıları polis özbaşınalığına qarşı kütləvi etirazlara təhrik etmək, həm də digər amerikalıları “Black Lives Matter” aktivistlərinin ciddi təhlükə yaratdığına inandırmaq istəyib.

Hazırda “Don’t Shoot” kampaniyasının “Twitter”, “Facebook” və “Instagram” səhifələri bloklanıb. Lakin “YouTube”dakı kanalı hələlik işləyir. Bu kanal vasitəsilə "CNN"-in jurnalistləri Klerk York adlı şəxsin adına qeydiyyatda olan “donotshoot.us” saytına çıxıblar. K. Yorkun izini tapmaq mümkün olmayıb. "CNN" əməkdaşları “Tumblr” sosial şəbəkəsində həmin saytla əlaqəli olan səhifədə 2016-cı ildə elan olunmuş müsabiqəyə rast gəlib. Müsabiqə iştirakçılarına “Pokemon Go” oyunu oynayaraq, polislərin qaradərili insanlara güc tətbiq etdiyi yerlərdə pokemonları tutmaq və onlara hadisələr zamanı ölmüş qaradərili amerikalıların adlarını vermək təklif olunub.

Oyunçuların bu şərtə əməl edib-etmədiyi barədə məlumat yoxdur. Müsabiqə təşkilatçılarının (yəni rusiyalıların) yekun məqsədi aydın olmasa da, ehtimal edilir ki, onlar qətllərin baş verdiyi yerlərdə olan insanları qəzəbləndirməyə çalışıblar. Telekanal onu da dəqiqləşdirib ki, “Facebook”da “Don’t Shoot” hərəkatına aid səhifələr “Facebook” tərəfindən bloklanan 470 səhifənin arasında olub. Həmin səhifələr vasitəsilə ABŞ-dakı seçkilərdən əvvəl siyasi reklamlar yayılıb. “Facebook” təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos bu səhifələrin Rusiyadan idarə olunduğunu bildirib və onları Sankt-Peterburqda fəaliyyət göstərən “trol fabriki” ilə əlaqələndirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam