Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ərdoğan devrilərsə, bu bölgə məhv olacaq- Rusiyalı ekspert

Ərdoğan devrilərsə, bu bölgə məhv olacaq

 

Qərb yenidən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş cəhdi həyata keçirəcək

 

Yenixeber.org: Bu sözləri rusiyalı hərbi ekspert İvan Konovalov “Zvezda” telekanalında çıxışı zamanı deyib.

“Əvvəla, S-400-ə sahib olan ölkə regionun ən güclü dövləti olacaq. Türkiyə üçün bu çox önəmlidir. Su-24 böhranını və əlaqələrimizin pisləşdiyi günləri xatırlamalıyıq. Moskvanın, xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin uğurlu siyasəti nəticəsində Türkiyə yalnız strateji partnyorumuz olmadı. Eyni zamanda Türkiyə İdlib kimi ən ağır bölgənin əməliyyatını öz üzərinə götürdü”, - Konovalov bildirib.

O, həmçinin iddia edib ki, Qərb hər vəchlə Ərdoğandan qurtulmaq istəyir:

“Qərb Ərdoğana qarşı yeni çevriliş cəhdlərini sınaqdan keçirəcək. Şübhəsiz. Qərbin Türkiyə ilə bağlı ilk hədəflərindən biri budur. Ərdoğan bunun fərqindədir. Bir məsələyə diqqət çəkmək istəyirəm: Türkiyə Rusiya ilə Suriya məsələsində, İdlib kimi ən çətin mövzuda razılaşdı. Əgər Ərdoğan devrilərsə, bütün İdlib bölgəsi məhv olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam