Türkiyəli jurnalist Nevzat Çiçək ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza qadağasından sonra yeni sanksiyalara hazırlaşdığını iddia edib.
Yenixeber.org: Türkiyə mediasına istinadən xəbərə görə "CNN Türk" kanalında "Gecə Görüşü" proqramına qatılan jurnalist ABŞ-ın "qadağa siyahısı" hazırladığını, əvvəlcə 15 nəfərə, daha sonra isə 283 türkiyəli sabiq nazir, siyasətçi və iş adamına qarşı sanksiya tətbiq edəcəyini iddia edib.
Qeyd edək ki, ABŞ Rusiya, İran, Şimali Koreya başda olmaqla bir çox ölkə vətəndaşlarına bu tip sanksiyalar tətbiq edir. Qərarla "ölkəyə giriş qadağası", siyahıda adı olan şəxslərin sahib olduqları şirkət və təşkilatlara isə müəyyən məhdudiyyətlər tətbiq olunur.(qaynar)
Gülşən