Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Maşa”, “General”, “Nağıl”, “İbn Marufə”…-Putinin qeyri-adi hobbisi (FOTOLAR)

“Maşa”, “General”, “Nağıl”, “İbn Marufə”…-

 

Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun rusiyalı həmkarı Vladimir Putinə 65 illiyi münasibətilə it hədiyyə etməsi Rusiya prezidentinin heyvanlara olan sevgisini yenidən gündəmə gətirdi. "Bizim bir ortaq dostumuz var. O da dünyada yeganə it olan alabaydır. Bu gün bu balaca alabayı özümlə gətirmişəm", – deyə Berdiməhəmmədov "Sadiq" adını verdiyi alabayı Putinə hədiyyə edərkən demişdi

 

Yenixeber.org: Prezident, baş nazir, sonradan yenidən prezident kimi, hakimiyyətdə olduğu illərdə Putinə hədiyyə olunan heyvanlardan az qala, balaca zoopark qurmaq olar.

Strateq.az xarici mətbuata istinadən Rusiya liderinə hədiyyə seçərkən kimlərin məhz heyvanlara üstünlük verdiyini öyrənməyə çalışacaq.

Putinə ilk belə hədiyyəni (qara Labrador) 2000-ci ildə Rusiyanın hazırkı müdafiə naziri, o vaxt fövqəladə hallar naziri olan Sergey Şoyqu hədiyyə etmişdi.

2001-ci ildə Başqırdıstanın rəhbəri Murtaza Rəhimov Putinə Axaltəkə cinsindən olan at bağışlamışdı.

2002-ci ildə İordaniya kralı II Abdulla Rusiya prezidentinə İbn "Marufə", "Hakimə" və "Ayzis" adlı 3 ərəb atı göndərmişdi.

Daha bir at 2005-ci ildə Tatarıstan lideri Mintemir Şaymiyevdən gəlmişdi.

2003-cü ildə Moskvanın meri  Yuriy Lujkov Putinə ağ keçi hədiyyə etmiş, Putin də ona "Skazka" (Nağıl) adı vermişdi.

2008-ci ildə Putinə ad günü hədiyyəsi olaraq "Maşa" adlı iki aylıq pələng balası hədiyyə olunmuşdu.

2010-cu ildə Türkmənistan lideri Putinə 2 leopard bağışlamışdı – "Alous" və "General". Hazırda onlar heyvanlar üçün xüsusi mərkəzdə saxlanılır.

2010-cu ildə Putinə Bolqarıstan baş nazirindən hədiyyə olaraq karakaçan cinsindən olan ovçarka gəlmişdi. Ovçarkaya ad tapmaq üçün müsabiqə elan edilmiş və 5 yaşlı Dima Sokolov qalib olmuşdu. Dima ovçarkaya Baffi adını təklif etmişdi.

2012-ci ildə Yaponiyadan olan qubernator Norixisa Satake Rusiya prezidentinə "Yume" adlı akita-inu köpəyi hədiyyə etmişdi.

Moldova lideri Vladimir Voronin isə 2002-ci ildə Putinin 50 illik yubileyinə timsah hədiyyə etmişdi. Və hədiyyəni verərkən bildirmişdi ki, timsah yeganə heyvandır ki, heç vaxt geri çəkilmir.

 

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam