Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xalq artistindən Putinə unikal hədiyyə

 

SSRİ xalq artisti İosif Kobzon Rusiya prezidenti Vladimir Putinə 1804-cü ilin xəritəsini hədiyyə edib 

"Xeberinfo.com":  Məlumata görə, sözügedən xəritədə Krım Rusiya imperiyasının tərkibində göstərilib. Bu barədə məşhur müğənni Sevastopolda, hərbçilər qarşısında verdiyi konsert zamanı jurnalistlərə açıqlamasında bildirib. 

Kobzon xəritəni Avstriyanın antik mağazasından aldığını qeyd edib. O, Putinə xəritədən necə istifadə ilə bağlı məsləhət də verib:

“Xəritəni Krımın statusu ilə maraqlanan hər kəsə göstərməsini məsləhət bildim”.

İfaçı yaxın vaxtlarda yenidən Donbasa gedəcəyini də vurğulayıb:

“Orada nə baş verəcəyindən asılı olmayaraq mütləq gedəcəyəm. Hazırda Donbasda silahsız adamlara hücum edilir. Bunun qarşısı indi alınmasa, sonradan faciəyə çevriləcək”.

Qeyd edək ki, Ukraynada doğulan İosif Kobzona həmin ölkəyə giriş qadağan edilib, o ölkənin “qara siyahı”sındadır. Müğənni siyasi baxışlarına görə 2014-cü ilin noyabrında Ukraynanın xalq artisti adından da imtina edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam