Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda “Ata və Qız” festivalı

Azərbaycanda “Ata və Qız” festivalı

 

14 oktyabr 2017-ci tarixində Nizami küçəsində “Ata və Qız” festivalı təşkil ediləcək

 

Yenixeber.org: Festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Festivalda iştirak edən şəxsləri müxtəlif şou və əyləncə proqramları və hədiyyələr gözləyir.

Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin təşkil olunmasıdır.

Gün ərzində pazl yarışı, kloun şousu, sehirbaz şousu, karikatura çəkilişi, “Face art” çəkilişi, dulusçuluq master klası, saçhörmə yarışı keçiriləcək.

Müsahibə və yarışların keçirilmə vaxtları:

15:00 – Pantomima

15:20 – Saç hörmə yarışı

16:00 – Kukla teatrının əməkdaşlarının çıxışları

16:20 – “Səssiz film” oyunu

17:15 – “Xəbəri uşaqdan al” oyunu

Festivalda iştirak etmək istəyən şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Mobil tel: 077 421 11 30

Tel: 012 441 16 31

Fax: 012 441 16 27

E-mail: [email protected]

Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H

Qeyd edək ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam