Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Belarusdan Azərbaycana hərbi dəstək

 

Belarusdan Azərbaycana hərbi dəstək

 

Aleksandr Lukaşenko: Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyir

Yenixeber.org: Belarus Azərbaycan ilə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil.
 BELTA-ya istinadla xəbərə görə bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşdə deyib.
Prezident Aleksandr Lukaşenko bildirib ki, iki ölkə arasında əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. "Biz suveren, müstəqil dövlətlərik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə, ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”, - deyə Belarus Prezidenti qeyd edib.
Aleksandr Lukaşenko yaxın vaxtlarda Azərbaycan Prezidenti ilə görüşə ümid bəslədiyini bildirib.(İstiPress)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam