Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məcburi köçkünlər etiraza qalxdı

 

Qaradağ rayonu Müşfiqabad qəsəbəsində bir qrup məcburi köçkün yaşadıqları binanın qarşısında ticarət obyektlərinin tikilməsinə etiraz ediblər.

"Xeberinfo.com": Məlumata görə, sakinlərin narazılığına səbəb, binalarının qarşısında istirahət üçün nəzərdə tutulmuş yaşıllıqların məhv edilməsi və yerində obyekt tikilməsidir.

Artıq tikiləcək obyektlərdən bəzilərinin bünovrəsi qazılıb, bəzilərinin isə yeri işarələnib.

Hətta sakinlərin dayanacaq kimi istifadə etdikləri yerdə də ticarət obyekti tikilib. Etirazçıların sözlərinə görə, yaşıllıqları məhv etmək üçün MİS nümayəndələri parkın suvarma sistemini bağlayıb, ağacları qurutmağa çalışırlar. 

Sakinlər deyir ki, dəfələrlə imza toplayıb Mənzil İstismar Sahəsinə və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, cavab ala bilməyiblər. Heç bir qurum məsələni öz üzərinə götürməyib.

Qəsəbə sakini Nurlan Əliyev, onlara qarşı edilən haqsızlıqları ictimailəşdirərək problemə aidiyyatı dövlət qurumlarının diqqətini cəlb etmək istədiklərini bildirib: "Yaşadığımız binanın düz qarşısında obyektlər tikilir. Ancaq o ərazi bina sakinlərinin istirahəti üçün nəzərdə tutulub. Burada yüzdən çox uşaq var. Onlar həyətə düşəndə oynamağa yer tapmayacaqlar. İstirahət üçün qoyulan oturacaqlar bir gecədə yığışdırılıb, satılıb. 50-dən çox ağac kökündən çıxarılıb, qalanları da məqsədli şəkildə məhv edilir".

Nurlan Əliyevin dediyinə görə, məqsəd bu yaşıllığın yerində sıra ilə obyektlər tikib istifadəyə verməkdir: "Ancaq buna kim icazə verib bilmirik. Heç kim bu qanunsuzluğa dur demir. Özbaşınalıq baş alıb gedir".

Sakinlər bu hadisələrin başında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Pənah adlı şəxsin durduğunu bildirirlər. Ancaq onun kim olduğunu şikayətçilər də bilmir.

Apardığımız müşahidələrdən bəlli oldu ki, hətta binadakı boş mənzillər də "gözəllik salonu, dərzi, geyim dükanları" kimi istifadə edilir. Sakinlər binanın zirzəmilərinin də tamamilə satılaraq özəlləşdirildiyini deyirlər.

Nurlan Əliyev deyir ki, imza toplayıb aidiyyatı qurumlara müraciət ediləcək, əgər şikayətə baxan olmasa, yaxın günlərdə etiraz edib yolu bağlamağı düşünürlər: "Nəyin bahasına olursa olsun, binanın qarşısında tikinti aparılmasına imkan verməyəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam