Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirin kürəkəni öldürüldü- RƏSMİ AÇIQLAMA

Nazirin kürəkəni öldürüldü

 

Suriyada İŞİD terror qruplaşmasının nüfuzlu səhra komandirləri məhv edilib

Yenixeber.org: “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Şimali Qafqazdan olan gəlmələr uzun müddətdir İraqda gizlənmişdilər.

“Bir neçə kanal üzrə alınmış və yerli mənbələr tərəfindən təsdiq edilmiş məlumatlara görə, İŞİD-in uzun müddət İraqda gizlənmiş nüfuzlu səhra komandirləri məhv edilib. Bunlar Şimali Qafqazdan gəlmələr olan Əbu Ömər əl-Şişani, Əlyauddin əş-Şişani və Salahuddin əş-Şişanidir”, - Konaşenkov deyib.

O vurğulayıb ki, Suriyada İŞİD döyüşçülərinin məhv edilməsi davam ediləcək.

Qeyd edək ki, İŞİD-in ən nüfuzlu səhra komandirlərindən sayılan Əbu Ömər əş-Şişaninin ölümü barədə xəbərlər dəfələrlə çıxıb. ABŞ 2014-cü ildə onun adını beynəlxalq terrorçular siyahısına salıb və başına 5 milyon dollar mükafat qoyub.

2014-cü ildə yayılan məlumatlara görə, Çeçenistanın lideri Ramzan Kadırovun nazirlərindən birinin qızı Səda lüks həyatını geridə buraxaraq, terrorçu İŞİD döyüşçüsü ilə evlənmək üçün Suriyaya gedib. İddiaya görə, İŞİD lideri Əbu Ömər Sədanın evləndiyi yaraqlını öldürərək onu öz həyat yoldaşı edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam