Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azər Qərib məşhur şirkətdən 1 milyon manat tələb edir

 

Azər Qərib məşhur şirkətdən 1 milyon manat tələb edir

 

Tanınmış jurnalist Azər Qərib "Altes Group” şirkətini məhkəməyə verir

Yenixeber.org: Bu barədə jurnalist "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, tikinti şirkətinə qarşı mənəvi təzminat davası açacaq: "Altes" bütün danışıqlarımızı puç etdi və mən qərara gəldim ki, məhkəməyə müraciət edim. Yalnız özüm üçün deyil, yalnız qonşularım üçün deyil, tikinti şirkətləri tərəfindən aldadılan bütün vətəndaşların maraqları naminə belə qənaətə gəlmişəm.

Bu səbəbdən, gənc, iddialı, siyasət qorxusu olan proseslərdə iştirak etməyən vəkil axtarıram ki, "Altes” şirkətinə qarşı mənəvi kompensasiya tələbi irəli sürüm. Qonşularım qoşulsalar da, sağ olsunlar, qoşulmasalar da, fərq etməz, fərdi qaydada hərəkət edəcəm, faktlar çoxdur.

Bir milyon civarında məbləğ düşünürəm, nə qədər udsam, xeyriyyə işlərinə, xəstə uşaqlara, qaçqın ailələrinə xərclənəcək.

Həmin prosesin informasiya dəstəyini öz üzərimə götürürəm, sözümü deyəcəm, bunlar centlmenlik nə olduğunu bilmirlər, yalan danışmaqla və insanları aldatmaqla, yəni haram yolla para qazanırlar”.

Xatırladaq ki, bir müddət əvvəl "Altes Group”la bağlı mətbuatda şikayətlər tirajlanmışdı. Məlumatlarda bildirilirdi ki, "Altes Group”un Şəhriyar küçəsi 21 ünvanında yerləşən binasında sakinlərin razılığı olmadan 17-ci mərtəbədə, binanın damında tikinti işləri aparılıb. Bundan əlavə, sakinlər illərdir, "kupça" ala bilmədiklərindən şikayət edirdilər. Azər Qərib də şikayətçilər arasında idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam