Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Bu gün hicaba bürünən uşaq sabah kamikadze olacaq"

"Bu gün hicaba bürünən uşaq sabah kamikadze olacaq"

 

Azərbaycanda insanlar imam Hüseyn şəhidliyini ağrı-acı ilə qeyd edirlər. Bunlar başa düşüləndir. Mərasimlər keçirilərkən paralellər aparmağa çalışırıq. “İmam Hüseynin müsibəti”, “İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristianlar dini mərasimləri zəncir vurmaqla, göz yaşlarını bu formada ictimailəşdirməklə, balaca uşaqların həyat yaşantısına çevirməklə qeyd edirlərmi? Onlar bu cür mərasim keçirirlərmi?.

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, belə hallar yolverilməzdir: “Biz hansı dövrdə bu mərasimləri keçiririk? Bir daha deyirəm, məktəbi, kitabı və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məscidən, cameədən dövlət idarə olunmaz. Biz bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Bunların valideynləri cənnət axtarışı ilə onları xarabalığq aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar. Bunu insanlara başa salmaq lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Z.Oruca cavab olaraq deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: “Heç bir məsciddən dövlət idarə olunmur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam