Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qiyas İbrahimov və atasına qarşı ittiham irəli sürülüb

 

 

Qiyas İbrahimova qarşı əlavə ittiham irəli sürülüb.

 

Yenixeber.org: Vəkil Elçin Sadıqov bildirib ki, Q. İbrahimov Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsilik etmə) ilə təqsirli bilinir.   

 

Bundan başqa, Q, İbrahimovun atası Həsən İbrahimov barəsində də eyni maddə ilə cinayət işi başlanıb.

 

Hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb olunub.

 

Vəkil bildirb ki, qeyd olunan cinayət işi üzrə istintaqın növbəti həftə bitəcəyi gözlənilir.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Q. İbrahimov apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyib.

 

O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam