Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vaqondan qaçan məhbus apellyasiya şikayəti verəcək

Vaqondan qaçan məhbus apellyasiya şikayəti verəcək

 

Oktyabrın 23-də Lənkərandan Bakıya xüsusi təyinatlı vaqonla gətirilərkən qaçan məhkumlardan biri Əli Ağami Sabunçu rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcək

 

Yenixeber.org: Hazırda Ə.Ağaminin barəsində çıxarılan hökmdən şikayət hazırlanır. 

Şikayət yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunacaq.

Xatırladaq ki, Sabunçu rayon Məhkəməsinin hökmü ilə Əli Ağami cəzasının 4 ilini qapalı həbsxanada çəkməklə, 19 il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilən digər şəxslər - kriminal avtoritet Tahir Məlikov, "Maqa Hacıqabullu" ləqəbli Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hökm elan olunan iş üzrə E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunublar. Noyabrın 2-də hüquq-mühafizə orqanları əməkdaşları E.Məmədovun tutulması ilə bağlı əməliyyat keçirərkən o polis əməkdaşlarına atəş açıb, əməliyyat nəticəsində E.Məmmədov öldürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam