Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı vunderkind Rusiya telekanalının qonağı olub- VİDEO

 

Azərbaycanın Qusar şəhərindən olan və beynində kalkulyator sürəti ilə hesablama aparmağı bacaran 6 yaşlı Ruslan Səfərov Rusiyanın "Rossiya1" telekanalında "Qəribə adamlar" verilişinin bazar günü yayımlanan buraxılışının ulduzuna çevrilib.



Yenixeber.org: Uşaq hələ məktəbə getməsə də, asanlıqla kökaltı və faiz məsələlərini həll edir.

Ruslanın atası Fuad Səfərovun sözlərinə görə, ailə övladının bu bacarığını təsadüfən aşkar etməyib.

"Sadəcə, oğlumla çox erkən yaşlarından məşğul olmuşam. O, lap balaca olan zamandan çarpayısının yanında hərfləri və rəqəmləri asmışdıq", - ata Səfərov "Komsomolskaya pravda"ya müsahibəsində bildirib.

F.Səfərov vurğulayıb ki, onun son məqsədi oğlunun yaxşı təhsilli və ağıllı şəxs olmasıdır.

O, oğlunun indi beşinci sinif dərslikləri üzrə çalışdığını qeyd edib.

"Amma məcburi qaydada heç nə etmirik. Elə gün olur, gündə cəmi 10 dəqiqə məşğul oluruq. Əsas odur ki, bu işlə gündəlik məşğul olasan. Hazırda mətbəxdə kvadrat, üç, dörd, beş... dərəcədən köklər üzrə cədvəl asılıb. Oğlum yemək yeyəndə də onları görür, yaddaşına həkk etdirir. O, özü çalışmağa meyl edir", - F.Səfərov bildirib. Ata Səfərov oğlunun xüsusi yox, sadə məktəbə gedəcəyini də əlavə edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam