Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Altsheymerlərin sayı açıqlanıb

 

"Ölkədə il ərzində altsheymer xəstəliyindən əziyyət çəkənlərin sayı təxminən 300-400-ə yaxın olur".

 

Yenixeber.org: Bunu Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib. O bildirib ki, Ümumdünya  Səhiyyə Təşkilatının hesablamalarına əsasən dünya ölkələrində əhalinin orta yaş həddinin artması nəticəsində 2050-ci ilə qədər bu xəstəlikdən əziyyət çəkənlərin sayı 4 dəfə artacaq.

 

R. Salayev qeyd edib ki, xəstəliyin yaranma səbəbi bilinmədiyindən konkret müalicəsi yoxdur: “Ona görə də xəstəlik 80-90 faiz hallarda ölümlə nəticələnir. Ölümə isə əsasən xəstəliyin yaratdığı fəsadlar səbəb olur. Bu insanlar müalicədən daha çox sosial xidmətlərlə təmin edilməlidirlər. Xəsəliyin əsas risk faktorlarından biri hipertenziya xəstəliyidir. Təzyiqi yüksək olan, mütəmadi baş ağrıları olan insanlar cavan yaşlarda mütəmadi müayinələrdən keçməlidir. Bu xəstəliklə bağlı əsas problem insanların vaxtında və düzgün həkimə müraciət etməməsidir. İnsanlar səhhətlərində hansısa dəyişikliklər hiss etdikdə psixoloq əvəzinə terapevt və ya nevropatoloqa müraciət edirlər. Son nəticədə qarabasma, əqli zəiflik, psixoloji pozğunluq qeydə alınanda psixoloqa müraciət etdikdə, altsheymer xəstəliyinin müalicəsi gec olur".

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam