Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

QMİ-dən AÇIQLAMA

QMİ-dən AÇIQLAMA

 

“Whatsapp” vasitəsilə yayılan mesajlar, “bu mesajı 25 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən” kimi mətnlərin hər hansı dini əsası yoxdur.

Yenixeber.org:Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O qeyd edib ki, din ağıla və məntiqə söykənir: "Hansısa bir mesajı göndərmədikdə bəla gözləyir demək sağlam düşüncəyə və məntiqə ziddir. Bu, xurafatdır, mövhumatdır və ümumiyyətlə dinə qarşı, insanların inancına qarşı yönəlir. Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar, indi bu cür mətnləri mesaj formasında göndərirlər”.

Ş.Həsənli bildirib ki, ümumiyyətlə İslam dinində hər hansı bir hadisəni pisə yozmaq yoxdur, yəni din nəs anlayışını inkar edir: “Heç kim qətiyyən bu cür mesajlara inanmamalıdır. Əslində bu mesajları yaymaqla biz onu təşkil edənlərin maraqlarına xidmət edirik ki, bu da dini gözdən salmağa yönəlmiş bir addım ola bilər. Bu mesajları yayanların digər məqsədi də insanlar arasında çaşqınlıq, təşviş yaratmaqdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam