Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hacı Şahin Türkiyədə verilən fitvaya qarşı çıxdı

Hacı Şahin Türkiyədə verilən fitvaya qarşı çıxdı

 

Xəbər verdiyimiz kimi, Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi kişi ilə qadın arasında dini nikahın telefon, məktub, mesaj və internetlə pozula biləcəyi barədə fitva verib. Bildirilib ki, belə boşanma üz-üzə boşanma kimi etibarlıdır. Qadın məktubu oxuduğu andan dini nikah pozulur

 

Bəs bu cür hallar ölkəmizdə də mümkündürmü?

Yenixeber.org: Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı alim Hacı Şahin AzVision.az-a bildirib ki, dini nikahın pozulması dinimizdə müəyyən qaydalarla tənzimlənir. 

“Boşanmaq üçün talağ oxunmalıdır. Tərəflərin hər ikisi din xadiminə müraciət edir və boşanma haqqında talağ oxunur. Bundan sonra onlar ayrılmış sayılırlar. Boşanmaq məsələsini yüngülləşdirmək yaxşı bir şey deyil. Dini-nöqteyi nəzərdən boşanma bəyənilməyən əməldir. Boşanmaya evlənməkdən daha ağır şərtlər qoyulur. İnsanlar nikahın pozulmasına yüngül hal kimi baxmasınlar”. 

Hacı Şahin hesab edir ki, ailələrin hər hansı məktub, mesajla boşanması düzgün deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam