Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda 170-ə yaxın vəkil aclıq aksiyası keçirməyə hazırlaşır-Hakimiyyətə etiraz olaraq

 

Ermənistanda hüquq müdafiəçiləri də hökumətdən narazıdırlar. Hakimiyyətə etiraz olaraq aclıq aksiyası keçirməyə hazırlaşan vəkillərin sayı artıq 170-ə çatıb.

Yenixeber.org:Ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi ətrafında qalmaqal getdikcə artır. “Sasna Srer” qrupunun vəkilləri məhkəmə zalına polisin müşayiəti ilə yoxlanıldıqdan sonra buraxılırlar. Bu da hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar bunun məhkəmə haqqında qanunlara zidd olduğunu deyiblər. Vəkil İnessa Petrosyan bildirir ki, Ermənistan ali məhkəməsində oturanlar səriştəsizdirlər. Prosesdən əvvəl hüquq müdafiəçilərinin üzərində yoxlama aparılması düzgün deyil.

Vəkilin şikayətinə baxmayaraq, digər həmkarların da üzərində yoxlama aparıldığını görəndən sonra hüquq müdafiəçiləri aclıq aksiyası keçirməyə qərar veriblər. Qısa müddətdə bu çağırışa 170-ə yaxın vəkil qoşulub.

Hakimiyyətə etiraz olaraq aclıq aksiyası keçirməyə hazırlaşan vəkillər deyirlər ki, Ermənistanda ədalətsizlik baş alıb gedir. Sadə vətəndaşlarla yanaşı, artıq vəkillərin də hüquqları pozulur. Nəticədə onlar əksər hallarda hüquqlarını müdafiə etdiyi insanların məhkəmə prosesində iştirak edə bilmirlər.

Ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəmə prosesi yenə təxirə salınıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Ermənistan prokurorluğu hər vəchlə bu insanların işini ağırlaşdırmağa çalışır. Ona görə məhkəmə prosesi müxtəlif bəhanələrlə uzadılır.(Azərtaс)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam