Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Prezident Kəlbəcər əsirləri məsələsini şəxsən nəzarətə götürdü

  Məlumata görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Ağdamda jurnalistlərə açıqlamasında deyib.
 "Xeberinfo.com": O bildirib ki, Ermənistan tərəfi əsir və girov götürülmüş şəxslərlə davranış qaydalarını tənzimləyən beynəlxalq aktları pozur: “Onlar haqda xəbər yayıldıqdan dərhal sonra cənab prezident bu məsələni şəxsən nəzarətə götürdü, müvafiq qurumlara tapşırıqlar verdi. Onun göstərişinə əsasən mən BQXK-nın Bakı ofisinin rəhbərliyi ilə görüşdüm. Onlar da İrəvan və Xankəndi ofisləri ilə əlaqə saxlayıblar. Ancaq bu günə qədər girov götürülən Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb. Biz bilirik Ermənistanda onlara qarşı hansı vəhşilikləri edirlər”.
Əli Həsənovun sözlərinə görə, hazırda düşmən əlində olan şəxslər əsl vətənpərvər insanlardır: “Təəssüf edirəm ki, Azərbaycan parlamentinin üzvləri, yüksək vəzifəli şəxslər, QHT nümayəndələri arasında Dilqəmi, Şahbazı qınayanlar var, amma unutmaq lazım deyil ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. Bir kəs ki, ölümü gözə alıb doğulduğu yerlərə gedir, deməli o, çox vətənpərvər adamdır. Üzümü həmin qınaq dolu müsahibələr verən adamlara tutub deyirəm ki, bəsdir, belə şeylərə yol vermək olmaz!”
Ə. Həsənov qeyd edib ki, əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki şəxsə qarşı amansız davransalar, xalqlar arasındakı nifrət daha da artacaq: “Ermənistan rəhbərliyi və xüsusi xidmət orqanları başa düşməlidir ki, hansısa erməni Azərbaycana əsir düşə bilər, onda Azərbaycan tərəfi Şahbaz və Dilqəmə qarşı yol verilən amansızlıqları həmin erməniyə tətbiq edə bilər. Və Ermənistan anlamalıdır ki, bizim aidiyyəti orqanlarımız soydaşlarımıza qarşı amansızlıqlara göz yummayacaq”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam