Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın hansı ölkələrlə dəqiqləşdirilməyə ehtiyacı olan əraziləri var? -XİN-dən AÇIQLAMA

 

Yenixeber.org: Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin müəyyən olunmasına ehtiyac yarandı. Bəzi ölkələrlə dövlət sərhəddinin müəyyənləşməsi məsələsi həll olunsa da, digərləri ilə hələ də davam edir.

Hazırda Azərbaycanın qonşu ölkələrlə dəqiqləşdirilməyə ehtiyacı olan əraziləri varmı?

 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlama verib.

XİN rəsmisi bildirib ki, ilk növbədə qonşu ölkə olan Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı var.

“Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. Bu da bütün dünyaya bəllidir”.

“Azərbaycanla digər qonşu ölkələrə gəldikdə isə mübahisəli məsələlər yoxdur. Qarşılıqlı anlaşma şəraitində demarkasiya və delimitasiya olunası məsələlər var ki, xüsusilə də Gürcüstan və Rusiya ilə qarşılıqlı anlaşma, dialoq şəraitində, işçi qruplar səviyyəsində işlər aparılır”-,deyə H.Hacıyev bildirib.

 

XİN rəsmisi deyib ki, sərhəd boyunca bir sıra məntəqələr var ki, bununla bağlı Gürcüstan və Rusiya ilə qarşılıqlı anlaşma, dialoq şəraitində, işçi qruplar səviyyəsində işlər aparılır.

“Rusiya ilə demarkasiya prosesi başa çatıb, orada delimitasiya məsələləri aparılır. Gürcüstanla da qarşılıqlı anlaşma, mehriban qonşuluq səviyyəsində danışıqlar aparılır. Heç bir halda biz bunları mübahisələr məsələ adlandırmazdıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam