Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilərdən yeni Kəlbəcər qərarı

 

Goranboy və Tərtər rayonlarından Kəlbəcərə gedən bütün yollar minalanacaq. Ermənistan müdafiə naziri Seyran Ohanyan belə bəyanatla çıxış edib.

"Xeberinfo.com: Onun sözlərinə görə, Kəlbəcərdə baş verən son məlum hadisələrdən sonra qarşı tərəfdən bu rayona gələn bütün yolların minalanmasına qərar verilib.

Politoloq Qabil Hüseynli Anspress-ə açıqlamasında Ermənistanın bu qərarının heç bir beynəlxalq normalara uyğun olmadığını deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistan bu cür addım ata bilməz.

Politoloqun fikrincə, Seyran Ohanyan Kəlbəcərə gedən bütün yolları minalanmasına start versə də bunu başa çatdıra bilməyəcək.

“Çünki o yolların böyük əksəriyyəti dağ yollarıdır. Bu yolların çoxuna heç erməni ayağı dəyməyib. Ohanyan heç təsəvvür edə bilməz ki, o dağlardan Kəlbəcərə ən azı min cığır gedir. O min cığırın heç beşini ermənilər bilmir. Ohanyanın babası da gəlsə o yolları minalaya bilməz. Kəlbəcərdən olan qaçqınlarımızın hamısı isə o cığırların əlinin içi kimi bilir. Onlar sadəcə bəzi maşın yollarını minalaya bilər. Ona görə də erməni nazirin bu hay-küyü Azərbaycana qarşı təzyiq xarakteri daşıyır. Onun bu bəyanatı Kəlbəcərə getmək isətəyən həmvətənlərimizi qorxutmağa yönəlib.". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam