Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Erməni nazirinin qeyri-etik ifadələrinə Müdafiə Nazirliyindən cavab

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlamasına cavab verib.

Xeberinfo.com:   Məlumata görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, S. Ohanyanın ədəb-ərkandan danışdığı halda qeyri-etik ifadələr işlətməsi çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir: “Ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini Seyran Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır. Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünün də zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da Seyran Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin biri olmasının göstəricisidir. Onun açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birinin hərəkətinə bənzəyir. Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə, acizliyin göstəricisidir. Çünki ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır”.

Qeyd olunub ki, Azərbaycanın Müdafiə Nazirliyi S.Ohanyanın bu fikirlərini psixoloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirir: “Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”.

Qeyd edək ki, S. Ohanyan cəbhədəki son vəziyyətlə bağlı Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam