Siyəzən N saylı hərbi hissənin ərazisində silah anbarında baş verən partlayışdan sonra mərmilər yaşayış evlərinə də ziyan vurub.

Yenixeber.org APA-ya istinadən xəbər verir ki, silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb.

Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğının miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur.

Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb. Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.